Qəhvə ölüm riskini azaldır

11 Mart 2016
1 773
2
Qəhvə ölüm riskini azaldır
Qəhvə ölüm riskini azaldır

Qəhvə insan orqanizminə xeyirlidir, yoxsa zərərli? Bu suala cavablar hər zaman fərqli olub. Kimi bu içkinin insan sağlamlığında dəhşətli fəsadlara yol aşdığını, kimi isə əksinə faydalı olduğunu iddia edir. Harvard Universitetinin mütəxəsissləri də bu mövzu ilə bağlı araşdırma aparıblar. Maraqlı nəticələr əldə olunub.

Gündə 2-3 fincan qəhvə içmək ölüm riskini azaldır. Harvard Universitetinin mütəxəsissləri apardıqları araşdırma nəticəsində belə qənaətə gəliblər.

10 il davam edən araşdırma nəticəsində məlum olub ki, qəhvə içmək ürək xəstəlikləri riskini azaldır, təzyiq problemlərini həll edir. Bundan başqa qəhvənin iflic, diabet və qaraciyər xəstəliklərinə də müsbət təsir göstərdiyi deyilir. Eyni zamanda qəhvənin süd vəzi xərçənginə yoluxma riskini azaltdığı da müəyyən olunub. Lakin mütəxəssislər gün ərzində 3 fincandan artıq qəhvənin təzyiqi yüksəldə biləcəyini haqqında da xəbərdarlıq ediblər.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    coxxx sag olunn bu haqda oxumushdum ellerinize sagiq
  2. ALA GOZ
    42 buyurunnnnnn 50
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.