“Meyvələrin şahı” adlandırılan almanı yəqin ki, sevməyən yoxdur. Hər dərdə dərman olan bu meyvənin orqanizm üçün faydaları saysız-hesabsızdır. Arıqlamaq üçün pəhriz saxlayanlar bol-bol alma yeməlidirlər. Bir çox ölkələrdə aparılan araşdırmalar alma şirəsinin virusları 100% məhv etdiyini ortaya çıxarıb. Almanı qabığı ilə yemək lazımdır. Çünki xolesterini azaldan pektin maddəsi ən çox almanın qabığında olur. Gündə 2-3 alma və 2 yerkökü yemək xolesterini 10% azaldır. Xolesterinin miqdarını azaldan alma eyni zamanda özündə C vitamini ilə pektini birləşdirdiyi üçün çox təsirlidir.
Faydaları:- Qan təzyiqini aşağı salır. Təzyiqi salmaq üçün hətta almanı iyləmək belə kifayətdir.
- Gözəl ətri sayəsində damarlar genişlənir, insan rahatlandığını hiss edir.
- Bədəndəki artıq asitləri yox edir.
- Revmatizm xəstəliyi üçün faydalıdır.
- Xərçəngə tutulma riskini azaldır.
- Sarılıq xəstəliyinə xeyirlidir.
- Dəri dəyişiklərinə faydalıdır.
- Ağ ciyər və öd kisəsi xəstəliklərinə yaxşı təsir göstərir.
- Ürək damarlarını möhkəmləndirir.
- Tərkibində yüksək miqdarda şəkər olmasına baxmayaraq, qanda şəkəri artırmır.