Duzun daha bir zərəri aşkarlandı

19 Mart 2019
759
0
Duzun daha bir zərəri aşkarlandı
Almaniyanın Münhen Texniki Universitetinin alimləri qidada həll olmuş duzun çöküntüsünün insan orqanizmində allergik reaksiyaları inkişaf etdirdiyini müəyyən edib.

Feat.Az
oxu.az-a istinadən xəbər verir ki, bu barədə "MedicalXpress"də dərc olunan press-relizdə deyilir.

Mütəxəssislər araşdırma zamanı atopik dermatitdən (xroniki allergik xəstəlik - red.) əziyyət çəkən pasiyentin dərisindən götürülmüş nümunəni müayinə edib.

Məlum olub ki, dərinin zədəli sahələrində natrium miqdarı normadan 30 dəfə çox olub.

Tədqiqatçılar natrium-xloridin Th2- hüceyrələrini normadan artıq interleykin-4 və interleykin-13 zülalları ifraz etməyə vadar etdiyini müəyyənləşdirib. Bunun nəticəsində dərinin iltihablı xəstəlikləri, o cümlədən atopik dermatit meydana gəlir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.