Virtual asılılıq - yeni "xəstəlik"

07 Ağustos 2022
1 556
0
Virtual asılılıq - yeni "xəstəlik"
Texnologiyanın insan həyatına sürətli girişindən sonra yaranan yeni "xəstəlik"lərdəndir internet asılılığı. Bu asılılıq 3 dərəcədə mövcuddur.

1. Patoloji internet istifadəsi

2. Hədsiz internet istifadəsi

3. Zərərli internet istifadəsi

İnternet asılılığı olan şəxs internetdə "oturmaq" hissinin qarşısını ala bilmir, internetsiz zamanın boş keçdiyini düşünür. Belə şəxslər uzun müddət internetsiz qaldıqda, iş və şəxsi həyatlarında müəyyən problemlər yaranır, hədsiz əsəbi və gərgin olurlar.

Feat.Az bildirir ki, internet asılılığı kişilərdə qadınlara nisbətən daha çoxdur. Kişilər qadınlara nisbətən 2-3 dəfə çox "xəstələnə" bilirlər. İnternet asılılığı ən çox 16-18 yaş arasında olan şəxslərdə müşahidə olunur. Bu riski daşıyanlar əsasən gənclər və tələbələrdir.

İnternet asılılığının əsas səbəbləri kimi aşağıdakılar göstərilir:

- İnsanların internetdə vaxt məhdudiyyətinin olmaması

- Günün istənilən saatında istifadə imkanı

- Özlərini istədikləri kimi tanıtmaq imkanı

- Fikirlərini anonim olaraq paylaşmaq imkanı

- Dünyanın hər yerindən insanlarla tanışlıq imkanı

- Özləri ilə eyni maraqları bölüşən insanlarla tanışlıq imkanı

- Başqaları ilə ünsiyyət üçün minimum vaxt və xərc tələbi

- Ucuz əyləncə və oyunlar əldə etmək imkanı

- İnterneti istədikləri vaxt bağlamaq imkanı;

- Özlərini sosial statusundan və ictimai çəkisindən asılı olmayaraq, hər kəslə eyni səviyyədə ifadə etmək imkanı

- Özlərini olmaq istədikləri insan kimi təqdim etmək imkanı

- Tanımadıqları insanlarla dərdləşmək imkanı

İnternet asılılığının yaratdığı başlıca problemlərdən biri psixoloji və fiziki əks-təsirlərdir. Belə şəxslərin ailələri, çevrələri ilə münasibətləri əsasən pozulur, iş yerlərində effektivlikləri azalır, qeyri-qanuni fəaliyyətlərə qoşulma riskləri artır. Belə şəxsləri psixoterapiya vasitəsilə müalicə edir və internet asılılığını aradan qaldırırlar.

Dünyada internet istifadəçilərinin təxminən 43 faizi sosial şəbəkələrdən istifadə edir. Bu rəqəm Birləşmiş Ərəb Əmirliklərində 99 faizlə maksimum həddədir. Ən çox istifadə edilən sosial şəbəkə isə 2 milyarddan çox girişlə "Facebook"-dur. Bunun ardınca, 1,5 milyard istifadəçi ilə "Youtube", 1,3 milyardla "WhatsApp" və "Facebook Messenger" gəlir. Ən çox istifadə edilən şəbəkələrdən olan "Instagram"ın aylıq girişi isə 700 milyon nəfərdir. "Twitter"də isə bu rəqəm 328 milyona çatır.

Statistikaya görə, 20 yaşdan aşağı istifadəçilərin 35 faizi "Instagram" əsas sosial şəbəkə sayır. Bu rəqəm qadınlarda 38, kişilərdə isə 26 faizdir. Bu şəbəkəni ən çox istifadə edənlər 18-29 yaş arasında olanlardır.

Universitet məzunlarının 30 faizi "Twitter" istifadəçisidir.

Sosial şəbəkə istifadəçilərinin 80 faizdən çoxu bu xidməti mobil telefonları ilə həyata keçirir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.