Sürətlə arıqladan XİYAR PƏHRİZİ

10 Eylül 2019
1 019
0
Sürətlə arıqladan XİYAR PƏHRİZİ
Türkiyəli dietoloq Ender Saraç xiyar yeməklə 3 gün ərzində 1 kiloqram arıqlamağın mümkün olduğunu iddia edir. Arıqlamaq istəyənlər üçün xiyar pəhrizini təqdim edirik.

1-ci gün

Səhər: 2 xiyar və bir stəkan ilıq limonlu su

Birinci ara pay: 2 xiyar, bir stəkan ayran

Nahar yeməyi: 1 kasa qatığın içərisinə 1 çay qaşığı zəncəfil, orta boy dilimlənmiş, qaynadılmış 3balqabaq qataraq yeyin.

İkinci ara pay: 3 qoz, 3 xiyar.

Üçüncü ara pay: 1 yaşıl alma

Axşam yeməyi: Bir boşqab zeytun yağlı balqabaq, 4 yemək qaşığı yarma plovu (mümkün qədər erkən saatda yeyin)

Gecə: 2 xiyar

2-ci gün

Səhər: Ballı, limonlu ilıq su, 2 xiyar, 2 dilim yağsız pendir

Birinci ara pay: 1 kivi, 4-5 çiyələk.

Nahar yeməyi: Bir boşqab az yağlı qıyma ilə hazırlanmış balqabaq, 1 dilim
qızarmış çovdar çörəyi.

İkinci ara pay: 1 stəkan az yağlı keçi südü, 2 qoz.

Axşam yeməyi: 2 xiyar, 1 yumurta, 2 acı bibər (mümkün qədər erkən saatlarda yeyin)

Gecə: 2 xiyar

3-cü gün

Səhər: 1 stəkan ilıq, ballı, limonlu su, 2 xiyar, 2 şorba qaşığı az duzlu pendir.

Birinci ara pay: 1 yaşıl alma.

Nahar yeməyi: 1 kasa yaşıl mərcimək, 1 boşqab zeytun yağlı balqabaq.

İkinci ara pay: 2 xiyar.

Üçüncü ara pay: 1 stəkan ilıq, yağsız südün içinə zəncəfil əlavə edib için, yanında 2 qoz.

Axşam yeməyi: 1 kasa bol xiyar, yağsız qatıq, 3 yumurta ağı ilə acı bibərli omlet (mümkün qədər erkən saatlarda yeyin)

Gecə: Bir ovuc ləbləbi, 2 xiyar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.