Alkoqoldan tamamilə imtina təhlükəlidir?

09 Ekim 2019
460
0
Alkoqoldan tamamilə imtina təhlükəlidir?
Fransa və İngiltərədən olan alimlər alkoqoldan tamamilə imtina edən və ya həftədə 140 qramdan çox təmiz spirt qəbul edənlərdə demensiya (ağlın itməsi) riskinin artdığını müəyyən ediblər.

Feat.Az
bildirir ki, 1985-ci ildə başlayan uzunmüddətli araşdırmaya 35 yaşdan 55 yaşa qədər 9087 könüllü cəlb edilib. Alimlər 1985-1993-cü illərdə içdikləri alkoqolun miqdarını və alkoqoldan asılılıq dərəcəsini müəyyənləşdiriblər. Sağlamlıq durumları 23 illik müşahidə edilən 397 iştirakçıya demensiya diaqnozu qoyulub.

Həftədə 14 alkoqol (140 təmiz spirt) vahidindən çox spirt qəbul edənlərdə demensiya inkişaf ehtimalı 17 %-dən artıq olduğu ortaya çıxıb. Bununla yanaşı, xəstəlik riskinin artması spirtdən tamamilə imtina edənlərdə də müşahidə edilib.

Mütəxəssislərin fikrincə, həftədə 1-14 alkoqol vahidi qəbul edənlər beyinlərini qorumuş olur. Ancaq bununla əlaqədar bütün risklər, o cümlədən qaraciyər xəstəliyi və xərçəng riski də nəzərə alınmalıdır.

Alimlər alkoqoldan tamamilə imtina və demensiya arasında əlaqənin olmasının dəqiq səbəbini hələ bilmirlər. Tədqiqat müşahidə xarakteri daşığına görə, yəni mütəxəssislər sadəcə, müəyyən qrupu müşahidə etdiyindən, etibarlılığa təsir edə biləcək amillərin mövcudluğu istisna edilə bilməz. Məsələn, insanlar demensiyanın inkişafına kömək edən bəzi xəstəliklərə görə, spirtdən imtina edə bilər. Təsadüfi idarə olunan sınaqlar şəklində aparılmalı olan gələcək tədqiqatlar bu məsələnin aydınlaşdırılmasına kömək olacaqdır.

Qeyd edək ki, bir qədəh tünd spirtli içkilər (25 ml) 1 vahid, standart (175 ml) şərab fujeri 2,1 vahid, böyük (250 ml) şərab fujeri 3 vahid, bir parç 4%-li pivə 2,3 vahid, bir parç 5%-li pivə 2,8 vahid, bir parç tünd sidr (8%) 4.5 vahid hesablanır.
Mənbə:e-tibb.az

ƏN SON XƏBƏRLƏR

HAMISI
Kitabdan Söz Yazılı Şəkilləri 2019 (64)
21:00
574

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (64)

24.10.2019 Gündəlik Bürclər (24 Oktyabr 2019 Günlük Bürclər)
20:00
1 975

24.10.2019 Gündəlik Bürclər (24 Oktyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (299)
19:00
538

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (299)

Sevdiyim Yazılı Şəkillər 2019 (86)
18:00
653

Sevdiyim Yazılı Şəkillər 2019 (86)

Kivi pəhrizi ilə 2 həftədə 6 kq arıqla...
17:00
70

Kivi pəhrizi ilə 2 həftədə 6 kq arıqla...

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
276

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (37)
15:00
601

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (37)

Dadı acı olsa da...
14:00
114

Dadı acı olsa da...

Bürclərin Əsas Özəllikləri Nələrdir - Fotolar
13:00
360

Bürclərin Əsas Özəllikləri Nələrdir - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ