Tarixdə Bu Gün - 19 Yanvar

19 Ocak 2022
467
0
Tarixdə Bu Gün - 19 Yanvar
1990-cı il yanvarın 19-da Azərbaycanın Naxçıvan Ali Sovetimuxtar respublikanın SSRİ-nin tərkibindən çıxması barədə qərar qəbul etdi və Qars Müqaviləsinə əsasən, BMT, Türkiyə və dünyanın digər dövlətlərinə kömək üçün müraciət etdi.

SSRİ-nin mövcud olduğu 70 il ərzində ilk dəfə idi ki, Naxçıvan ittifaqın tərkibindən çıxmaq üçün bəyanat verirdi.

Uzun sürən müzakirələrdən sonra Azərbaycan Resppublikasının dövlət gerbi 1993-cü ilin bu günü təsdiq olundu.

Türkiyədə ölkə başçısının xalq tərəfindən seçilməsi və seçkilərin 5 ildən bir edilməsini nəzərdə tutan Prezidentliklə bağlı Seçki Qanunu 2012-ci il 19 yanvarda Türkiyə Böyük Millət Məclisində qəbul edildi.

2013-cü ilin 19 yanvarında Bolqarıstan Haqq və Azadlıq Hərəkatının lideri Əhməd Doğan sui-qəsd cəhdindən təsadüfən xilas oldu. Belə ki, kürsüyə çıxan Ə.Doğanı vurmaq istəyən təcavüzkarın silahı açılmadı və o, elə salondaca, qaça bilmədən tutuldu.

19 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

Bu gün XII əsrin böyük Azərbaycan memarı Əcəmi Əbubəkr anadan olub.

Əcəminin Naxçıvanda yaratdığı Mömünəxatun türbəsi Şərq memarlığının ən qiymətli abidələrindəndir. Bu məqbərə üslubuna görə Səmərqənd saraylarını xatırladır. Buna görə də Səmərqənddəki tarixi abidələrin memarının Əcəmi, yaxud onun şagirdlərindən bir olduğu güman edilir.

Sosiologiya elminin yaradıcısı və pozitivizm axınının qabaqcıl nümayəndəsi Oqüst Kont (Auguste Comte) 1798-ci ilin 19 yanvarında Fransanın Monpelye (Montpellier) şəhərində dünyaya gəlib.

O.Kont "Üç vəziyyət qanunu" ilə sosioloji elminin təməlini atıb.

Azərbaycanın ilk maarifçi qadınlarından biri, böyük ədib Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Məmmədquluzadə Cavanşir 1873-cü ilin bu günü anadan olub.

Doğulduğu Ağcabədi rayonunun Kəhrizli kəndində qadınlar üçün ilk məktəb və toxuculuq emalatxanası açan, Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin yaradıcılarından biri və sədr müavini olan Həmidə Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının nəşrində də xidmətləri vardır.

Həmidə xanım həm də atası Əhməd bəy Cavanşirin təcümeyi-halını, Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir haqqında xatirələrini qələmə alıb, Azərbaycan yazıçılarının əsərlərindən nümunələri ruscaya tərcümə edib. (1873-1955)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.