11.08.2022 Gündəlik Bürclər (11 Avqust 2022 Günlük Bürclər)

10 Ağustos 2022
2 696
0
11.08.2022 Gündəlik Bürclər (11 Avqust 2022 Günlük Bürclər)
Qoç
Nəzərdə tutmadığınız uğursuzluqlar yaxındadır. Ətrafdakılara yardım etməyə çalışın. Həyat eşqi yüksək olduğundan gərginlikdən çəkinməyin. Təəssüf ki, şəxsi müstəvidə vəziyyət ürəyinizcə olmayacaq.

Buğa
Bu gün çox uğurlu olacaq. Ancaq pozitiv tendensiyaların ömrü uzun olmayacaq deyə, uzunmüddətli layihələrə başlamayın. Xırda məsələlərin həlli sizin üçün asan olacaq. Planlaşdırmadığınız səfərlər də gözlənilir.

Əkizlər
Sevinməyə əlinizdə əsas çoxdur. Işdə də əhəmiyyətli uğurlarınız olacaq. Elə bir təklif almaq ehtimalı var ki, onun sayəsində öz mövqeyinizi daha da möhkəmləndirəcəksiniz. Şəxsi müstəvidəki vəziyyət də iş sferasından heç də geri qalmayacaq.

Xərçəng
Ciddi problemlər gözlənilmir, buna rağmən böyük uğurlar da olmayacaq. Bu gün yaşlı qohumlar sizin işlərinizə maraq göstərəcəklər. Çalışın ki, qıcıqlanmayasınız, əgər mübahisəyə yol versəniz, barışmaq sizin fikirləşdiyinizdən də çətin olacaq.

Şir
Yeni başlanğıclar üçün yaxşı gündür. Sizin parlaq uğurunuz son zamanlara qədər sizə şübhə ilə yanaşanlar üçün sürpriz olacaq. Bir zamanlar sizi tənbeh edənlər müttəfiqlərinizin cərgəsində durmağa çalışacaq.

Qız
Bugünkü ideyalarınızdan bəhrələnin. Ətrafdakıları təəccübləndirməkdən, onların şoka düşməsindən ehtiyatlanmadan hərəkətə keçin. Ulduzlar bildirir ki, onlar sizin qadir olduqlarınızı qiymətləndirəcəklər. Imiclə bağlı eksperimentlər uğurlu olacaq.

Tərəzi
Günün əsas hissəsini rəğbət bəsləmədiyiniz adamla birlikdə keçirəcəksiniz. “Çağırılmamış qonağın” işlərinizə müdaxilə etməsinə göz yumacaq və dostyana hərəkətlər etməyə məcbur olacaqsınız. Təbii ki, bu situasiyada əsəb gərginliyi qaçılmazdır.

Əqrəb
Bu gün heç kim “Əqrəb”lərdan məsləhət və tövsiyələrini əskik etməyəcək. Ancaq bunların hamısı mənasızdır, çünki bu gün sizi yalnız öz fikirləriniz maraqlandırır. Bütün bunlar da əsassız deyil, çünki yaranmış situasiyanı yaxşı dərk edirsiniz.

Oxatan
“Oxatan”lar tənbəllik edirlər və buna görə təəssüf hissi keçirəcəklər. O üzdən də dəstək görmək istərkən ətrafdakılar tərəfindən məzəmmət obyektinə çevriləcəksiniz. Əhatənizdəkilər arasında özünüzə bənzərini tapan kimi onu həmkar seçəcəksiniz.

Oğlaq
Bu gün istənilən planların reallaşdırılması baxımından əlverişlidir. Ulduzların fikrincə, bu gün sükan arxasında az vaxt keçirsəniz, yaxşı olar. Yaxınlarınızın hərəkətindən narahat olacaqsınız. Əgər sülhü saxlaya bilsəniz, çətinliklər geridə qalacaq.

Dolça
Pozitiv tendensiyaların təsiri əvvəlki kimi güclüdür. Bu günə istənilən görüş təyin edə bilərsiniz. Rəqəmlə bağlı istənilən iş diqqət tələb edəcək. Ulduzlar “yüz ölçüb bir biçməyi” məsləhət görür. Gözləmədiyiniz halda qiymətli hədiyyə alacağınız da istisna edilmir.

Balıqlar
Bu gün problemlərin həllini öz üzərinizə götürməlisiniz. Halbuki, bu problemləri başqaları yaradıb. Təmkinli olun, çünki günün emosional mənzərəsi qəlizdir. Əgər istirahətə vaxt ayırmasanız, istər fiziki, istərsə də ruhi baxımdan gücünüzü bərpa etməsəniz, ciddi xəstələnmək təhlükəsi var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.