Küpədə toyuq zapekankası (foto-resept)

06 Ekim 2015
1 307
1
Küpədə toyuq zapekankası (foto-resept)

Küpədə toyuq zapekankası (foto-resept)

Tərkibi (4-6 pay):

6 x.q. kərə yağı
1 soğan
750 q kartof
6 yerkökü
300 q göbələk
100 ml konyak
6 x.q. un
2 st. toyuq bulyonu
1 st. süd
1 toyuq (suda bişmiş)
1 st. dondurulmuş göy noxud
cəfəri
kəklikotu
adaçayı
3 ç.q. duz
1 ç.q. istiot
1 lay qat-qat xəmir
1 yumurtanın sarısı


Hazırlanması:

Sobanı qızdırın.
Kərə yağını tavada əridin. Doğranmış soğan, kartof və yerkökünü əlavə edib, arada qarışdıraraq 10-12 dəqiqə bişirin. Un əlavə edin, qarışdırın. 1 dəqiqə sonra süd və bulyonu tökün.
Konyak qatıb qarışdırın (bu, xüsusi dad verir, sevməyənlər bu mərhələni ötürə bilərlər). Doğranmış toyuğu, noxudu, xırdalanmış göyərtini əlavə edib duz, istiot vurun.
Küpələrə doldurun.
Qat-qat xəmirdən "qapaq" kəsib küpələrin ağzına çəkin, ortasında deşik açın, kənarlarını bərkidin.
Xəmirin üzərinə yumurta sarısı çəkin.
220 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Sonra üzərinə folqa çəkib daha 20-25 dəqiqə bişirin.


Küpədə toyuq zapekankası (foto-resept)

Küpədə toyuq zapekankası (foto-resept)

Küpədə toyuq zapekankası (foto-resept)

Küpədə toyuq zapekankası (foto-resept)

Küpədə toyuq zapekankası (foto-resept)

Küpədə toyuq zapekankası (foto-resept)

Küpədə toyuq zapekankası (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    ooooffff gobelek mmmm acidime
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.