Dadlı “Pay” keks (foto-resept)
Tərkibi:
100 q kərə yağı
100 q 70%-li şokolad
1/3 stəkan şəkər tozu
2 ədəd yumurta
80 q buğda unu
Hazırlanması:
Yumurta ilə şəkər tozunu mikserlə yaxşıca qarışdırın. Üzərinə un və kakaonu əlavə etdikdən sonra yaxşıca qarışdırıb, bitki yağını və südü əlavə edin.
Şokoladı xırda-xırda hissələrə bölüb, yağla qarışdırdıqdan sonra əriməsi üçün qaynayan su ilə dolu bir qabın üzərinə qoyun. Başqa bir kasada yumurta və şəkər tozunu qarışdırın. Üzərinə əridilmiş yağ və şokalad qarışığını əlavə edin. Daha sonra səliqəli şəkildə unu əlavə edin və formaya tökün.
Formaya tökdükdən sonra bir qədər gözləyin ki, məhlul formada öz yerini tamamilə tutsun. Sobanın tempraturunu 180 dərəcəyə qədər isitdikdən sonra 10 dəqiqə bişirməyə qoyun.10 dəqiqədən sonra nəfis qoxulu keks hazır olacaq.
Nuş olsun!