Qarabaşaq və göbələk içlikli toyuq döşü (foto-resept)

09 Aralık 2015
2 235
0
Qarabaşaq və göbələk içlikli toyuq döşü (foto-resept)
Qarabaşaq və göbələk içlikli toyuq döşü (foto-resept)

Tərkibi:

4 toyuq filesi
1 st. qarabaşaq yarması (qreçka)
2 st. su
500 q şampinyon
1 baş soğan
500 ml 22%-li qaymaq
2 x.q. bitki yağı
1 x.q. kərə yağı
duz
qara istiot


Hazırlanması:

Qarabaşağı axar soyuq su ilə yuyun.

Tavaya 2 st. su tökün, qaynara düşəndə duz və qarabaşaq yarması əlavə edin. Qaynamağa başlayanda ocağı azaldın, tavaın qapağını qoyub suyu tam çəkilincə bişirin.

İri tavada bitki və kərə yağlarını qızdırın, xırda doğranmış soğanı töküb qızılı rəng alanadək qovurun. Fal-fal doğranmış göbələyi əlavə edib qovurun, göbələyin suyu çəkilənəcən bişirin. Duz, istiot vurun.

Qarabaşağı göbələyin az bir hissəsi ilə qarışdırın.

Filenin ortasında iti bıçağın köməyi ilə kəsiklər edin (dibinədək kəsməyin), qayıq kimi yer açın. Ətin hər tərəfinə duz-istiot qarışığı çəkin. İçinə qarabaşaqla qarışdırılmış göbələk qoyun, kəsib çıxardığınız "qapağı" üstünə yerləşdirin.

Adi, yaxud qril-tavada iki x.q. bitki yağını qızdırın, filelərin hər iki üzünü qızılı rəng alanadək qovurun.

Tavadakı qalan göbələyi ocağın üstə qoyub, üzərinə qaymaq tökün, qaynara düşəndə duz-istiot qatın. Qızartdığınız toyuq filelərini içinə yerləşdirib qapağını örtün, 10 dəqiqə bişirin.


Qarabaşaq və göbələk içlikli toyuq döşü (foto-resept)

Qarabaşaq və göbələk içlikli toyuq döşü (foto-resept)

Qarabaşaq və göbələk içlikli toyuq döşü (foto-resept)

Qarabaşaq və göbələk içlikli toyuq döşü (foto-resept)

Qarabaşaq və göbələk içlikli toyuq döşü (foto-resept)

Qarabaşaq və göbələk içlikli toyuq döşü (foto-resept)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.