Edama Məhkum Xəyallar {4. Bölüm}

21 Şubat 2016
1 737
2
Edama Məhkum Xəyallar {4. Bölüm}
Edama Məhkum Xəyallar {4. Bölüm}


4. Bölüm

Edama Məhkum Xəyallar {4. Bölüm}

Qızlar az sonra müәllimәlәrinin yanında idilәr. Müәllimә amiranә sәslә
dedi:
­qızlar. Qiymәtlәriniz barәdә nә fikirlәşirsiniz? Artıq ilin sonuna 1 ay
qalıb.

Qızlar tәәccüblә bir­birlәrinin üzünә baxdılar.
­ Mәn heç nә fikirlәşmirәm. ­ Caroline zarafat etmәyә çalışdı.
­ Sәn indiyә kimi nә fikirlәşmisәn? ­ müәllimin sözü Caroline'ı
ciddilәşdirdi.
­ Çox şey. ­ Caroline hirsli cavab verdi.
­ Anladım, çıxa bilәrsiniz. Sabahkı imtahana bacardığınız qәdәr yaxşı
hazırlaşın.

­ OK. Sağ olun.
­ Fikir verdin Mariya?! Özünü necә göylә aparır.
­ Amma sәnә yaxşı qapaq qoydu. :D
­ Mariya!..
­ Yaxşı, yaxşı. Susdum... :D
­ Tez ol gedәk, gecikәcәyik.

***

Dәrs hәmişәki kimi çox maraqsız keçirdi. Hamı bir­birinin üzünә baxırdı.
Kimi söhbәtlәşir, kimi telefonla oynayır, kimi şәkil çәkir, kimi dә mahnı
dinlәyirdi. Bir sözlә, müәllimә qulaq asan bir şagirdi axtarmaq, samanlıqda
iynә axtarmağa bәrabәr idi.
İki dәqiqәdәn bir bütün әllәr qalxır, saatlar yoxlanır, zәngә hәlә 40 dәqiqә
qaldığı öyrәnilәndәn sonra hәvәssizcәsinә aşağı enir vә yenidәn hәr kәs öz
işinә davam edirdi.
Birdәn Musiqi Universitetinin direktoru içәri girdi. Tәbii ki, hәr birimiz işıq
sürәtilә әlimizdәkilәri gizlәdib ayağa qalxma hissini yaşamışıq. İndi sinifdә
eyni hadisә baş verirdi.
Direktor hirsli girmişdi, sual soruşacağını әminliklә demәk olardı.
­ Universitetin musiqi muzeyindәn XVIII әsrә aid skripka oğurlanıb. Bunu
edәn hәr kim vә ya kimlәrdirsә, 3 gün әrzindә musiqi alәtini gәtirmәsә,
sözsüz ki, tapılacaq vә universitetdәn qovulacaq. Layiqli cәzanı isә dövlәt
orqanlarına buraxacağıq.

Direktorun bu sözü sinifdә, o cümlәdәn Dövlәt Konservatoriya'sında
çaxnaşma yaratdı. Şübhәli kiminsә olduğunu demәk olmazdı. Әn azından
Mariyagilin sinfindә.


***

Artıq dәrs bitmişdi. Caroline vә Mariya hәmişәki kimi yan­yana evә
qayıdırdılar. Arxadan Adrianın sәsi gәldi.
­ Hey, gәlin, bu gün sizi evә mәn aparım.
­ Çox sağ ol. Gedirik. ­ hәmişәki kimi Caroline...
­ Gәliin...
­ Dedim, getmirәm!
­ Yaxşı, әsәblәşmә. Gәlәn dәfә...
­ Axmaq..! Sәn nәyә gülürsәn? ­ Mariyaya müraciәtlә Caroline dedi.
­ Heç. :D Önәmi yoxdur.
­ Yaxşı, burda çox qalmayaq. Tez ol. Getdik. Çox yorulmuşam.



Edama Məhkum Xəyallar {4. Bölüm}


Müəllif: Rasim Yusifov
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Jessica
    Vaxtım olmur deye 2_ bölümü eyni gün də oxuyuram ...gedim sayta olan bölümü oxuyum
    Bu bölümü bir o qədərdə bəyənmədim:(((
  2. allah bendesi
    bu bolum sakit ve sradan gunlerden olub deyesen..birce ogurlanan skripka var...ellerine sagliq baci gorek sabahki hissesinde ne olacaq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.