Porsche eksklüziv Cayman S göstərdi

25 Ağustos 2014
2 052
0
Porsche eksklüziv Cayman S göstərdi
Porsche eksklüziv Cayman S göstərdi


“Porsche Exclusive” bölməsinin son işlərindən biri “Sport Design Package” paketi ilə təchiz edilmiş parlaq-sarı sportkar “Cayman S” oldu. Banın və salonun unikal bəzəyi bu avtomobili eyni tipli zavod modellərindən ayırmağa imkan verir. Kompakt kupe tam bort avadanlığı siyahısı əldə etdi ki, bu da sürücüyə və sərnişinə maksimum rahatlıq verir.

Avtomobil texniki cəhətdən adi versiyadan heç ne ilə fərqlənmir və eyni mühərrik və başqa düyünlərə malikdir. Banın dolğun sarı rənginə yalnız qabaq bamperdə hava çıxışlarının qara bəndləri, onmilli bürünc disklər və əyləc sisteminin qırmızı supportları əlavə edilib. Bundan başqa, avtomobil tündləşdirilmiş qabaq fənərlər və arxa görünüş yan güzgülərinin korpuslarında qara qoymalara malikdir.

Qara dəri ilə işlənmiş salonda alkantara sükan, alkantara çəkilmiş sürət qutusu dəstəyi və mərkəzi tunelin sarı dekorativ çərçivəsini görmək olar. Bundan başqa, avtomobil klimat-kontrolun ventilyasiya dəliklərinin sarı “jalyuzilərinə”, cihaz paneli və SportChrono saniyəölçənin sensorlarının sarı siferblatlarına, həmçinin xromlaşdırılmış və alüminiumdan dekorativ aksentlərə malikdir.



Redaktə etdi: ChoCoLaTe
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.