Topaz Premyer Liqası 2015/16 mövsümü tamamlandı! Bombardir kim oldu?

20 Mayıs 2016
1 726
0
Topaz Premyer Liqası 2015/16 mövsümü tamamlandı! Bombardir kim oldu?
Azərbaycan Premyer Liqası 2015/16 mövsümünə artıq bu gün yekun vuruldu. Son tur qarşılaşmaları hamısı eyni gündə baş tutdu. Feat.Az-ın məlumatına görə çempion "Qarabağ" doğma meydanda "Azal"ı 3-0 hesabı ilə məğlub edib xalını 84-ə çatdırdı və 18 illik rekordu yenilədi. Belə ki Qurban Qurbanovun yetirmələri 2-ci pillədəki arasındakı xal fərqini 22-ə çıxarmaqla "Kəpəz"in rekordunu yeniləmiş oldu. Autsayderlər "Rəvan" və "Xəzər Lənkəran" qarşılaşdı. Bayıl Arenada keçirilən görüş 2-2 hesabı ilə başa çatdı. Xəzər Lənkəran bu nəticə ilə gələn mövsüm 1-ci divizionda mübarizə aparmalı olacaq. Gəncədə "Kəpəz"in qonağı olan "Qəbələ" səfərdə 1-0 hesabı ilə qalib gəldi və ardıcıl olaraq üçüncü ili də bürünc medalla kifayətləndi. "Kəpəz" isə bu görüşdə məğlub olmaqla 5-ci pillə ilə barışmalı oldu. "İnter" doğma meydanda "Zirə"ni 1-0 məğlub etdi və çempionatı 4-cü pillədə tamamladı. "Zirə" isə artıq 2-ci pilləni daha öncə təmin etdiyindən bu məğlubiyyət komanda üçün heç bir şeyi dəyişmədi. "Qarabağ" üçün daha bir sevindirici məqam isə futbolçusu Dani Kintananın 15 qolla bombardir olması oldu. Kintananı 14 qolla "Zirə"nin hücumçusu Nelson Bonilla izlədi.
 

N Klublar O Q H M T-F X
1 Qarabağ 36 26 6 4 66-21 84
2 Zirə 36 17 11 8 42-31 62
3 Qəbələ 36 16 11 9 44-28 59
4 İnter 36 16 11 9 39-28 59
5 Kəpəz 36 15 11 10 48-40 56
6 Neftçi 36 13 10 13 41-41 49
7 AZAL 36 13 7 16 26-38 46
8 Sumqayıt 36 9 12 15 41-49 39
9 Rəvan 36 5 9 22 27-63 18
10 Xəzər Lənkəran 36 3 6 27 16-51 15
 

Dani ("Qarabağ") - 15 qol
Nelson Bonilla ("Zirə") - 14 qol
Ruslan Qurbanov ("Neftçi") -13 qol
Amil Yunanov ("Sumqayıt") - 12 qol


Elvin Nəsibov
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.