Fatimə (s.ə)-ın fəzilətləri və əxlaqi keyfiyyətləri

07 Şubat 2015
1 572
0
Fatimə (s.ə)-ın fəzilətləri və əxlaqi keyfiyyətləri
Fatimə (s.ə)-ın fəzilətləri və əxlaqi keyfiyyətləri

Fatimə (s.ə)-ın fəzilətləri və əxlaqi keyfiyyətləri

"... Yer üzünün ən yaxşı qadını dörd nəfərdir: İmranın qızı Məryəm (həzrət Məsihin anası), Xüvəylidin qızı Xədicə (Allahın Elçisinin (s) həyat yoldaşı), Asiyə (Fironun həyat yoldaşı) və mənim qızım Fatimə (ə)...”
Bütöv bir dünyaya bərabər, ən ali məna və məfhum yükünü daşıyan bu gövhərli kəlam Allahın kəramətli Rəsulunun (s) mübarək sözlərindəndir. Bəli, bizim böyük Peyğəmbərimiz (s) alicənab qızını İslam, Quran və Peyğəmbər baxımından dünyanın ən yaxşı, ən böyük dörd qadınından biri adlandırmışdır. Bu elə böyük bir iftixardır ki, qələm və söz onu yazmaqda, bəyan etməkdə acizdir.
İslam peyğəmbərinin (s) nəzərində belə bir yüksək məqamı tutan, bu cür sözlərlə şərəflənən o qadın necə bir qadındır? Onun hansı imtiyazları, mənəvi dəyərləri və səciyyəvi əxlaqi keyfiyyətləri vardır?

Düzdür, qələm o həzrətin əxlaq və mənəviyyat dənizinin bir damlasını belə bəyan etməkdə çətinlik çəkir, lakin Peyğəmbər (s) nəslinin aşiqlərinin bu barədə kiçicik də olsa bir məlumat almaq istədiklərini, həmçinin Fatimənin (ə) həyatı və şəxsiyyəti haqqındakı belə bir kitabda həmin mətləblərin olmamasının onun üçün bir nöqsan sayılacağını nəzərə alaraq İlahinin lütfü və köməyilə və o həzrətin müqəddəs nəfəsinin yardımı ilə gücümüz çatdığı qədər onları hörmətli oxucuların nəzərinə çatdırırıq.
Bəli, qeyd olunduğu kimi, Fatimeyi-Zəhra (ə) dinlər tarixində ən yüksək və ali imtiyazlardan bəhrələnmiş nadir simalardan sayılır. Bəşəriyyət həmin imtiyazlara özünün ən yüksək qiymətini vermişdir. Qeyd etmək lazımdır ki, yalnız Zəhranın (ə) müqəddəs vücudunda müşahidə olunan bəzi nadir və misilsiz üstünlük və fəzilətlər, mənəvi dəyərlər bu alicənab qadını onunla bir sırada olan başqa qadınlardan daha da uca və şərəfli etmişdir.

Fatimə (ə) özünəməxsus, səciyyəvi imtiyaz və xüsusiyyətlərinə görə elə bir yüksək zirvədə, elə bir parlaq nöqtədə dayanmışdır ki, başqa böyük qadınlar, dini şəxsiyyətlər onun şüası altında qalmışlar. Bunun da səbəbi aydındır: axı Fatimə (ə) Məhəmmədin (s) tərbiyə məktəbində doğulub tərbiyə almış və Əlinin (ə) isti və müqəddəs ocağında yaşamışdır. Bu şəxsiyyətlərin hər biri isə övliya və peyğəmbərlər aləminin ən böyük əxlaq-tərbiyə sahiblərindən sayılır. Bəli, Fatimənin (ə) mübarək vücudunun dəyərini Məhəmməd (s) və Əlinin (ə), Həsən (ə) və Hüseynin (ə), Zeynəb (ə) və Gülsümün (ə) dəyərlərini nəzərə almaqla ölçmək lazımdır. Onların hər biri öz-özlüyündə mənəviyyat və fəzilət, elm və əməl, tərbiyə və möminlik aləminin ən parlaq ulduzlarıdır.

Bununla belə, hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, pakların pakı Zəhra (ə) bu imtiyaz və xüsusiyyətləri insanlığın, bəşəriyyətin böyük müəllimindən – ulu və hörmətli atasından – Allahın Rəsulundan (s) qazanmış və möminlərin (müttəqilərin) mövlasının – şiələrin rəhbərinin yanında yaşamaqla davam etdirmişdir.
Fatimeyi-Zəhranın (ə) tərbiyə məsələsində bir mühüm cəhətə xüsusi diqqət yetirmək lazımdır: Fatimənin (ə) mehriban və qayğıkeş atası qızına müraciətində elə bir dərin mənalı, gövhər kimi qiymətli cümlə söyləmişdir ki, o böyük xanımın bütün həyatında silinməz iz buraxmış və əbədilik onun üçün bir örnək, nümunə olmuşdur. O həzrətin buyurduğu həmin cümlə belədir:

"Əziz qızım Fatimə, bu dünyada öz işini özün gör, sabah mən sənin üçün heç bir iş görə bilmərəm.”
Bu dərin mənalı cümlə göstərir ki, hər kəs gərək öz səy və imanı ilə özü ilə Allahı arasındakı əlaqəni düzgün istiqamətdə qursun. Əks təqdirdə hətta Allahın peyğəmbərinin (s) qızı olmaq da Qiyamət günündə insanın çətinlik düyününü açmır.

Bəli, bu elə bir dərin mənalı cümlədir ki, əgər hər bir müsəlman qadını və kişisi onu düzgün dərk edib həyatda ona əməl etsə, səadət və xoşbəxtliyə qovuşar. Amma belə bir böyük kəlamı bütün dərinliyi ilə dərk edən və bütün varlığı ilə ona əməl edən bircə nəfər olmuşdur ki, o da Fatimədir (ə). Həmin cümlə pakların pakı Fatimənin (ə) bütün duyğu və düşüncələrinə, fikir və əməllərinə hakim kəsildi və onu böyük atasının parlaq nümunəsinə çevirdi


R.T.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.