"Yalnızlıq"

04 Mayıs 2015
2 082
0
"Yalnızlıq"
"Yalnızlıq"


___________________________________________________________________

"Yalnızlıq"

________________________________________________________________________________



Siz saxtalığı sevdiyiniz qədər, məndə səssizliyimi sevib, ona bağlandım. Quşlar yazı sevdiyi kimi, məndə yalnızlığa aşiq oldum.Qaranlığın içində gizlənmək qədər qorxunc və mənasız bir yaşamın içində sürünməkdə davam edirəm.Hər gecə davam edən bu yoxluq, bu ağrı, bir gün belə olsun fasilə vermədi.Sökülmüş, atılmış bir cəsəd kimiyəm.İçində dəyərli və göz oxşayan heçnə yoxdu.Bəlkədə var,
- "Yalnızlıq"
- O qədər gözəl müsiqi bəstələyir ki, ruhum acılarla rəqs etməyi gəlir .Bilmirəm niyə, bəlkədə özümü aldadıram...Sanki ənənəyə sadiq qalmış bir qəbilə üzvü kimi, alova qurban edilirəm.Ətrafımda heç kəs yox, amma çoxlu səslər eşidirəm.Qulaq pərdələrimi tərpədən bir səs.Çox vaxt özümə sual verirəm. Mən kiməm?!
- Güzgüyə baxdıqa isə, qurumuş bir cisim görürəm.Bu sual görünüşümdən deyil, daxilimdə baş verən ziddiyətlərin ağrısından yaranır.Bu ağrılar nə demək istəyir, nədən yaranır, bilmirəm. Bəlkədə bilirəm,
- "Yalnızlıq"
- İstər acı olsun, istər şirin.Yalnız o idi məni divardan-divara sürükləyən.
- Çölə çıxıram, ayrı-ayrı insanlar, amma eyni üzlər.Evə gəlirəm eyni şikayətlər və eyni yataq dəsti.Pəncərədən baxıram, eyni gecə, amma fərqli-fərqli acı verən hisslər.
- Yay gələrkən çöldə əylənən kəslərə həsəd aparıram. Siz deyildinizmi, payızda göz yaşı içində, pəncərə önündə şəhərə baxan və yoxsul bir ruhun içində gizlənən?! Nə oldu, necə dəyişə bildiniz və nə dəyişdi?
- Fəsilmi?
- Və bu, bir daha saxta olduğumuzu sübut edən bir fakdır.Fəsillər dəyişdikcə, dəyişilən insanlarıq biz.Nə qədər acı versədə, nə qədər göz yaşının yaranmasına səbəb olsada, o bizə aiddir.
- "Yalnızlıq"
- Ən azından, xatırlana biləcək keçmişimizin olmasını, itirdiyimiz xoşbəxtliyimizi bizə xatırladaraq, nə vaxatsa ona sahib olduğumuzu bizə bildirir.Dəqiq bilirəm ki, bizə aid olan bu hissi tək mən xatırlamıram.Ayrı-ayrı şəhərlərdə, ayrı-ayrı binaların başında, ayrı-ayrı gecələrdə, onu xatırlayanlar var. Yalnız olmaq xoş bir şey deyil, amma saxta görsənməkdən qat-qat yaxşıdır.
- Saxta gülüşləriniz ilə, dostlarınızı yola salıb, evə gedərək yemək yeyib, telfonla işinizi bitirərək, yerinizə uzandıqdan sonra, sizi kim qarşılayır? Və yenədə,
- "Yalnızlıq"!




___________________________________________________________________

"Yalnızlıq"

________________________________________________________________________________






- Süleyman Əliyev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.