Mən payıma düşəni aldım…

10 Kasım 2014
1 202
0
Mən payıma düşəni aldım…
Mən payıma düşəni aldım…
Nə mənə, nə başqasına aid olan; bir çinar kimi tək yaşayan, azadlığını əllərinə qandal etməmiş bir adamı sevirəm. Hər düşündüyümdə ürəyimi sızladır sevgim. Necə izah etməli bu duyğunu bilmirəm ki? Həkimlərin, öləcək dediyi xəstənin başında gözləmək kimi, əlinizdən bir şey gəlməz, yalnız yaxşı baxarsınız, başında gözləyərsiniz. Bir tərəfdən özünüzü hazırlayır, nə qədər hazır ola bilər ki insan?

Ayrılığın çox uzaq olmadığını bilə-bilə sevmək, ürəyin gücünün çatdığından ağır bir yük kimidir, amma elə dayanıqlıdır ki, bu ürək, sanki ətdən, qandan deyil də dəmirdəndir. Onu yatarkən seyr etdiyimdə, qırılacaq kimi dayanırdı. Elə incədir ki, pambıqlara qucaqlayaraq saxlamaq gəlir içimdən. "Kişi adam incə olarmı?" Deyə düşünməyin, olur! Ən qadın yanım belə kobud qalır.

Gedəcək bir adamı sevirəm. Özünə zülm etmək belə olmalıdır, amma bu, zülmün ən zadəgan olanıdır. Qarşılıq gözləmədən sevməyi öyrədirəm ürəyimə. Bütün insani istəklərimizə baxmayaraq, olduğu qədəriylə kifayətlənərək dadını çıxarıram. Ruhumdakı yabanı otları qoparıram. Eqomu, qürurumu, şeytan yanımı, maraqları, almağı, yalnız istəməyi, bildiyim bütün eşq oyunlarını yola salıram. Bir daha heç çıxmasınlar deyə atəşə verirəm. Sevgi tarlasına yaraşmayan nə varsa təmizləyirəm. Çirklənmiş hara varsa, köhnəlmiş hansı könül yarasının artıqlarını tutursa, hamısını qaldırıb atıram. İçimdə böyük bir bahar təmizliyi var. Haqq etdiyinə inandığım bir kişiyə, daha əvvəl kimsəyə baxmadığım kimi baxıram.

Sonu ayrılıq olacaq bir eşqə qaçıram. Üstüm başım nə qədər çirkli olsa da, sevgimi yudum, gümüş bir nimçədə bildirirəm. İstəyər alar, istəyər almaz, amma mən eşqə inancını didərgin düşmüş inad və eşqə baxmayaraq dimdik sevdamın arxasında dayanıram. Hər həyat xoşbəxt bitəcək deyil ki?" Mən payıma düşəni aldım, gedəcək bir adamı sevirəm!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.