Xanım göbəyi şirniyyatı

17 Ekim 2015
3 902
1
Xanım göbəyi şirniyyatı
Xanım göbəyi şirniyyatı
Xanım göbəyi şirniyyatı

Xanım göbəyi şirniyyatı

Vəsaitlər:

100 qram kərə yağı ya da marqarin
2 ədəd yumurta
1 şorba qaşığı toz şəkər
1,5 su stəkanı su
2 su stəkanı un
½ paket qabartma tozu
Bir çırtma duz
Bəzəmək üçün yaşıl püstə və ya pudra şəkəri
2 su stəkanı maye yağ (qızartmaq üçün)


Şərbəti üçün:

1,5 su stəkanı toz şəkər
2 su stəkanı su
1 dilim limon


Hazırlanması:

Qazana qatı yağı, su və toz şəkəri qoyun.Orta atəşdə yağ əriyənə qədər tutun.Unu, qabartma tozunu və duzu əriyən yağlı qarışığa tökün və 5 dəqiqə qədər bişirin.Xəmiri soyumaya qoyun.Soyuyan xəmirə yumurtaları qırın, mikserlə çırpın və əlinizlə yoğurun.Top top parçalar alıb yumru şəkil verin, ortasına barmaqla bastırın.Hazırladığımız xanım göbəklərinin ortalarını dəlin və tavadaki yağ qaynamadan, soyuqkən xanım göbəklərini yağa atın və qızardın.Hər iki tərəfləri də qızarınca dərhal soyumuş şərbətə atın, şərbətdə çox saxlamayın.Çıtır olmalarını istəyirsinizsə şərbətdən alıb dərhal bir qaba düzün.Soyuq xidmət edin.Servis əsnasında üzərlərinə yaşıl püstə ya da pudra şəkəri səpə bilərsiz.

Şərbətin hazırlanışı:

Şəkər və suyu qarışdırıb şərbəti qaynadın.1 dilim limonu endirməyə yaxın içərisinə atın və soyumağa buraxın. Yağ qaynar kimi olduğundan əgər ikinci dəfə xanım göbəyi kızartılacaksa yenə yağın soyuması lazımdır.

Xanım göbəyi şirniyyatı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ilawka
    girl [hide][/hide] qewengdi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.