Lahmacunu evdə özünüz hazırlayın (HAZIRLANMA QAYDASI)

16 Haziran 2016
2 293
0
Lahmacunu evdə özünüz hazırlayın (HAZIRLANMA QAYDASI)
Yəqin ki, lahmacunu sevməyən çox az adam tapılar. Bəs bu ləzzətli təamı evdə hazırlmağa nə deyirsiniz? Həm daha sağlıqlı və ləzzətli olacaq, həm də tez hazırlanacaq. Feat.Az lent.az-a istinadən praktik lahmacun reseptini təqdim edir.

Ərzaqlar:

7-8 ədəd lavaş
300 qram az yağlı qiymə
3 ədəd rəndələnmiş pomidor
2 ədəd yaşıl bibər
1 ədəd quru soğan
1/3 dəstə cəfəri
Yarım stəkan duru yağ
Duz, qara bibər, pul bibər, razyana, yarım qaşıq bibər tomatı

Hazırlanma qaydası:

Cəfəri, soğan və bibəri nazik doğrayın. Digər ərzaqlarla birlikdə qarışdırın. Hazırlanan içliyi lavaşların üstünə yayın.

200 dərəcədə əvvəldən qızdırılmış sobada bişirin.

Lahmacunu evdə özünüz hazırlayın (HAZIRLANMA QAYDASI)

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.