Ən Asan Pirojna Resepti - Laminqton

Ən Asan Pirojna Resepti - Laminqton
Avstraliya bizdən çox-çox uzaqlarda olduğu üçün onların mətbəxinə bir o qədər bələd deyilik. Amma dadlı reseptlərlə tanış olmağa, öz mətbəximizdə Avstraliya yeməyini hazırlamağa, yəqin ki, heç kəs yox deməz. Bu dəfə sizi o ölkənin ən dadlı və asan şirniyyatlarından biri olan Laminqtonla tanış edəcəyik. Şokoladlı, kokoslu, biskvitli, ağızda əriyən bu pirojna sizin lap ürəyinizcə olacaq.

Ərzaqlar:
Yumurta – 3 ədəd
Şəkər tozu – 200 qr.
Günəbaxan yağı – 100 ml.
Süd – 250 ml.
Qabartma tozu – 0,5 ç.q.
Vanilin – 1 x.q.
Un – 250 qr.
Kakao – 1 x.q.
Tünd şokolad – 50 qr.
Kokos – 100 qr.

Hazırlanması:
Bir qabda yumurtaları 150 qr. şəkər tozu ilə qarışdırırsınız, üzərinə vanilin töküb 3 dəqiqə mikserdə çalırsız. Sonra 125 ml. süd əlavə edilir, daha 3 dəqiqə çalınır. Daha sonra günəbaxan yağı, qabartma tozu, un tökülür və həmcins kütlə alınana kimi çalırsız. Xəmir kağız salınmış formaya tökülür. (Formanın təxmini ölçüsü 20x20 olmalı) Onu əvvəlcədən isidilmiş sobaya qoyursuz və 180 dərəcədə 30 dəqiqə bişirirsiniz.
Biskvit hazırdırsa, bir qədər dincəlməsi üçün kənara qoyursunuz. Sonra səliqə ilə formadan çıxarırsınız.
Qalan süd, şəkər tozunu tavaya tökürsüz, üzərinə kakao və şokoladı əlavə edirsiz, qaynara düşənə kimi qarışdırırsınız, qaynadısa, oddan götürün. Otaq temperaturunda soyudun.
Biskviti təxminən 16 yerə bölürsüz. Hər kubu şokoladlı sousda fırladırsız və kokos qırıntılarına salırsız. Pirojnamız hazırdır. Pürrəngi çayın yanında süfrəyə verə bilərsiniz!

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.