Sobadan istifadə etmədən ləziz, kişmişli keks resepti

23 Ekim 2017
2 513
0
Sobadan istifadə etmədən ləziz, kişmişli keks resepti
Tərkibi:
3 ədəd yumurta,
1.5 st. şəkər tozu,
1 çimdik duz,
1 st. duru yağ,
1 st. qatıq,
1 x.q. limon (və ya portağal) suyu,
darçın,
0.5 ç.q. soda (qatıqda söndürülmüş),
1 ovuc kişmiş (və ya qoz, fındıq)
un (apardığı qədər)

Üzəri üçün:

jele,
karamel

Hazırlanması:

Əvvəlcə yumurta və şəkər tozuna duz əlavə edərək, şəkər əriyənə kimi mikserlə çalırıq. Üzərinə qalan ərzaqları töküb, xəmir halını alana kimi qarışdırırıq. Hazırladığımız xəmiri 5-10 dəqiqə gözlətdikdən sonra yağlanmış tavaya tökürük və az odda bişiririk. Üzərini jele və karamellə zövqə görə bəzəyə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.