Badımcan Ruleti - Resept

19 Temmuz 2022
2 838
0
Badımcan Ruleti - Resept
Tərkibi:
3 uzun böyük badımcan
İçlik:
2 x.q. xama
1 diş sarımsaq (zövgə görə)
1/2 st. xırda kəsilmiş cəfəri
10 ədəd rəndələnmiş qoz ləpəsi
2 x.q. rəndələnmiş holland pendiri
Duz
İstiot


Hazırlanması:

1.Badımcan çox nazik uzununa dilimlərə kəsilir. Tefal tava qızdırılır. Quru tavata badımcan dilimləri düzülür və qapaq bağlanılır. Bir tərəfi qızaranda, ikinci tərəfi eyni qaydada qızardırılır. Badimcan dilimləri soyudulur.
2. İçlik üçün bütün lazım olanlar bir qabda yaxşı qarışdırılır.
3. Hazır içlik badımcanın diliminə sürtülür və rulet şəklində bükülür.
4. 2-3 saat soyuducuda saxlanılır. Burdaki badımcanların acısını çıxarmaq lazım deyil. Amma badımcanınız acı olursa mütləq duzlu suda acısını çıxardın. Sonra badımcan dilimlərini qurulayın.
mənbə:
insta: @bahasun
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.