Naringi (Mandarin) Tortu - Resept

Naringi (Mandarin) Tortu - Resept
Ərzaqlar:

1 əd. Hazır tort tabanı
* 300 ml. süd
* 300 ml. naringi şirəsi
* 100 qr. şəkər tozu
* 1 əd. yumurta sarısı
* 3 xq. su
* 1 xq. rəndələnmiş portağal qabığı
*1 xq. qarğıdalı nişastası
* 1 xq. jelatin tozu
* 1 paket vanil
* Göz qərarı ilə narıncı qida boyası

HAZIRLANMASI: Lazım olan miqdarda suyu bir kasaya töküb üzərinə jelatin tozunu səpin və təxminən 10 dəqiqə gözləyin. Süd, naringi şirəsi, şəkər tozu, vanil rəndələnmiş portağal qabığı, bir neçə damcı qida boyası, yumurta sarısı və qarğıdalı nişastasını bir qabda çırpıcı ilə yaxşıca qarışdırın. Bir qədər qarışdıqdan sonra vam xodda ocağın üzərində qarışdıraraq qatılaşana qədər bişirin. Daha sonra məhlulu ocaqdan götürün və jelatini üstünə töküb tam əriyənə qədər qarışdırın. Hazır qarışımı isladılmış slikon tort qəliblərinə paylaştırın. Sonra isə tort tabanını qəliblə eyni ölçüdə kəsib üzərinə yerləşdirin. İndi hər şey hazırdır son olaraq isə tortu buzluqda təxminən saat yarım saxlamaq lazımdır. Sonda isə qəlibi tərs çevirib çıxarın və qonaqlarınız üçün servis hazırlayın...

NUŞ OLSUN!
insta: dadlifaydali
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.