Boranılı Mannik Resepti
1 ədəd boranı
250 qram turş qatıq
1,5 su stəkanı şəkər
1,5 su stəkanı mannı yarması
1 paket qabartma tozu
1 ədəd limon
0,5 su stəkanı su
100 qram kakos ovuntusu
Hazırlanması
Boranının qabığını təmizləyin və sürtgəcdən keçirib bir dərin qaba əlavə edin.
2 su stəkanı kifayətdir.Üzərinə qatıq 0,5 su stəkanı şəkər, mannı yarması, qabartma qatın.
Limonun qabığını sürtgəcdən keçirin və boranı qarışığına əlavə edin.
Sobanı əvvəlcədən 180 dərəcə qızdırın. Dairə formasındakı soba qabını yağlayın və boranı qarışığını ora əlavə edin.
40-45 dəqiqə sobada bişirin.
Mannik bişənə qədər siropu hazırlayın 1 su stəkanı şəkər, 0,5 su stəkanı su və limonun şirəsini aşağı odda 3 dəqiqə qaynadın və piroq bişdikdə üzərinə əlavə edin.
Nuş Olsun!
Boranılı mannik hərkəsin ağız dadına uyğun şirniyyatdır.