Tərəvəzli keks - Resepti

23 Ocak 2019
1 451
0
Tərəvəzli keks - Resepti
Tərəvəzli keks tərəvəz sevərlər üçün, vegeteryan qidalananlar üçün, pəhriz saxlayanlar üçün olduqca ideal bir tərifdir.
Çox bəyənilən bu keksin hazırlanması çox sadə və zəhmətsizdir.

Bu yeməyi çuğundur, kabak , kartof və digər tərəvəzlərlə də hazırlamaq olar.

Həm sağlıqlı ,həm xəfif ,həm də ləzzətli olan bu yeməyi qonaqlara da rahatlıqla ikram etmək olar.

Bu yeməyi hazırlayarkən diqqət etməniz gərəkən bir neçə nöqtə var.

Kartofları bişirmədən istifadə edərsinizsə çox çiy bir dad alarsınız.

Buna görə də kartofları bişirib istifadə etmək lazımdır .

Ayrıca pəhriz bir yemək olması üçün kəpəkli undan istifadə etmək daha düzgün olar.

Tərəvəzli keks üçün lazım olan ərzaqlar:
3 ədəd çuğundur yarpağı (doğranmış),
3 böyük kartof (bişmiş və doğranmış),
2 böyük kabak (rəndələnmiş),
3 yemək qaşığı tam kəpəkli un,
1 yumurta,
3 yemək qaşığı zeytun yağı,
250 q holland pendiri (rəndələnmiş),
Duz ,
İstiot,
1 şirniyyat qaşığı qırmızı bibər,
1 şirniyyat qaşığı kəklikotu,
1 şirniyyat qaşığı cirə


Tərəvəzli keksin hazırlanma qaydası:
Robotta doğranmış çuğunduru, kartofu və rəndələnmiş kabağı yaxşıca çəkin.
Üstünə yumurtanı, zeytun yağını və unu əlavə edib yenidən çəkin.
Ən son ədviyyatları əlavə edib yenidən çəkin.
Fırın sinisini yağlayın.
Qarışımı siniyə tökün və üzərinə rəndələnmiş holland pendirini səpin.
20 – 25 dəqiqə qədər 180 dərəcə qızdırılmış fırında bişirin.
Kvadrat şəklində doğrayıb servis tabağına alın.

Nuş olsun!
1001dad.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.