Şəkərcorəyi - Resept + Video Resept

11 Ekim 2021
1 763
0
Şəkərcorəyi - Resept + Video Resept
Lazım olan ərzaqlar:
Un: 3 stəkan
Kərə yağı (ərinmiş) 1 stəkan
Kenton şəkər kirşanı: 1,5 stəkan
Kenton şəkərli vanil: 1 paket
Yumruta ağı: 1 ədəd

Üzəri üçün:

Yumurta sarısı: 1 ədəd
Fındıq ləpəsi (zövqə görə)

Hazırlanma qaydası:

Kərə yağ (ərinmiş) Kenton şəkər kirşanı ilə 25-30 dəqiqə çalınır. Bu zaman ona yumurtanın ağı əlavə edilir. Çalıntıya Kenton şəkərli vanil və un qatılıb 10-12 dəqiqə xəmir yoğrulur.
Xəmirdən təqribən 65-70 qramlıq kündələr hazırlanır. Bunlar perqament kağızı sərilmiş qənnadı təbəqəsinə düzülür. Üzərinə yumurta sarısı çəkilir. Zövqə görə ortasına fındıq ləpəsi qoyulur.
175-180 dərəcə isidilmiş sobada 25-30 dəqiqə bişirilir.

Nuş olsun!



1001dad.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.