Unsuz peçenye resepti
2 yumurta,
2 st mannı(dolu) ,
5 st şəkər tozu,
5 st bitki yağı,
vanilin,
qabartma tozu,
3 dolu yemək qaşığı kakos
Hazırlanması:
Yumurta, şəkər tozu və bitki yağını birlikdə çalırıq. Sonra digər ərzaqları əlavə edib xəmir yoğururuq. Biraz elə yapışan xəmir olur. Xəmirdən balaca kündələr hazırlayıb kakosa bulayıb listə düzürük. 180 dərəcədə üzəri az qızaranacan bişiririk.
Nuş olsun!