Pendirli sous - Resepti

04 Ağustos 2019
872
0
Pendirli sous - Resepti
Tərkibi:
50 qr. kərə yağı
50 qr. un
0,5 lt. süd
duz
istiot
150 qr. istədiyiniz pendir: bu Parmezan, Gouda (Holland pendiri) və s. ola bilər.

Hazırlanması:

1.Dərin və qalın balaca qazanda kərə yağı əridilir.
2. Üzərinə az-az un əlavə olunur, qarışdırılır. Dibin yanmasına imkan verməyin, əks təqdirdə rəngi dəyişər və başqa tam verər. 2 dəqiqə beləcə qovurulur.
3. Üzərinə az-az soyuq süd əlavə olunur və əl çırpanı ilə yaxşıca qarışdırılır. Un topları qalmamalıdır.
Südü əlavə etməyə davam edilir, un süddə tam həll olduqdan sonra südün qalanını əlavə olunur.
4. Orta atəşdə qaynayana kimi qarışdıraraq bişirilir.
5. Qaynamağa başlayan zama atəş azaldılır.
6. Pendir sürtgəcdən rəndələnir əlavə olunur və dayanmadan qarışdırılır.
7. 5 dəqiqə ərzində qarışdıraraq bişirilir. Qatılaşan zaman hazırdır. Pendirin rəngindən sousun rəngi tam asılıdır. Pendir nə qədər tünd sarı olsa sous da o qədər gözəl rəng alar.

Nuş olsun!
Mənbə:bahasun
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.