Hellim Pendirli Salat - Resepti

1 təzə xıyar
10 cherry pomidoru
3 x.q. konservləşdirilmiş qarğıdalı
Tərxun
1 x.q. zeytun yağı
2 dilim hellim pendiri
Hazırlanması:
1.Tavaya zeytun yağı əlavə olunur. Pendir dilimlərə kəsilir yağda hər iki üzü 2 dəqiqə qızardırılır. Salfetə qoyulur artıq yağ çəkilsin və soyusun.
2. Pomidorlar və xıyar doğranılır. Əlavə olunur dərin qaba.
3.Qarğıdalının suyu süzülür əlavə olunur.
4. Tərxun əllə didilir əlavə olunur. Hamısı qarışdırılır üzərinə pendir dilimi qoyulur.
Salata duz əlavə etməyin, çünki pendir özünə görə duzludur.
Hellim pendiri (HALLOUMİ CHEESE) ən çox Yunan mətbəxində istifadə olunur.
Nuş olsun!